Sürücülərin diqqətinə : Biləcəri yolu tam bağlanacaq
02 sentyabr 2026 21:26 (UTC +04:00)

Sürücülərin diqqətinə: Biləcəri yolu tam bağlanacaq

0

Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonu, Moskva prospektinin kənar yolu (Biləcəri enişi hissəsi) nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Təmir işlərinə 4 sentyabr saat 20:00-dan etibarən start veriləcəyi bildirilib.

Məhdudiyyət proses başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar