Tapılan 913 meyitdə  işgəncə izləri var - Əli Nağıyev
07 oktyabr 2026 10:07 (UTC +04:00)

Tapılan 913 meyitdə işgəncə izləri var - Əli Nağıyev

0

"Bizim vəzifəmiz hər bir insanın taleyinə aydınlıq gətirməkdir".

Bunu Azərbaycanda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev deyib.

DTX rəisi bildirib ki, Vətən müharibəsində qazanılmış Zəfər və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri axtarışlar üçün yeni imkanlar yaradıb: “Ümumilikdə 11576 donordan bioloji nümunələr toplanaraq sistemləşdirilib. 1 oktyabra qədər 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb. İnsan qalıqları üzərində aparılan ekspertizalar onların işgəncələrə məruz qaldığını göstərir. Bu əməllərə hüquqi qiymət verilməlidir"./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar