Üç gün külək  əsəcək - XƏBƏRDARLIQ
10 aprel 2026 17:15 (UTC +04:00)

Üç gün külək əsəcək - XƏBƏRDARLIQ

0

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, aprelin 11-13-də Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xızı, Siyəzən, Quba, Xaçmaz, Şabran, Gəncə, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Yevlax, Bərdə, Tərtər, Neftçala, Lerik, Yardımlı, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir və Qusarda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar