Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsini həyata keçirmək üçün təşkil olunan növbəti çarter reysi Bakıya enib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, "Azərbaycan Hava Yolları" (AZAL) tərəfindən Rumıniyanın Yassı şəhərindən həyata keçirilən çarter reysləri ilə 201 nəfər, o cümlədən 18 körpə ölkəyə qayıdıb.
Bundan əvvəl təşkil olunan üç çarter reysləri ilə daha 510 nəfər Azərbaycana gətirilib.