67 il evli olan cütlük 6 saat  fərqlə vəfat etdi
16 iyun 2026 19:58 (UTC +04:00)

67 il evli olan cütlük 6 saat fərqlə vəfat etdi

0

Türkiyənin Kahramanmaraş şəhərində 67 il evli olan Abdullah İspir və Döne İspir cütlüyü 6 saat fərqlə vəfat edib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, 86 yaşlı Döne İspir ötən çərşənbə günü səhhətində yaranan problemlə əlaqədar yaxınları tərəfindən Kadirli Dövlət Xəstəxanasına aparılıb.

Həkimlər tərəfindən reanimasiya şöbəsinə yerləşdirilən qadının səhhətindəki problemlərin yaşla əlaqədar olduğu bildirilib.

Bir neçə gün sonra isə 96 yaşlı Abdullah İspir də özünü pis hiss edib. Övladları tərəfindən xəstəxanaya çatdırılan yaşlı kişi ilkin tibbi yardımdan sonra Kahramanmaraşdakı xəstəxanalardan birinə göndərilib. Yaşla bağlı yaranan sağlamlıq problemlərinə görə fərqli xəstəxanaların reanimasiya şöbələrində müalicə alan İspir cütlüyündən Döne İspir dünən saat 03:00 radələrində, Abdullah İspir isə saat 09:00-da həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.

Ömürlərinin 67 ilini birlikdə keçirən Abdullah və Döne İspirin 6 saat fərqlə vəfat etməsi yaxınlarını və bölgə sakinlərini kədərləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar