Sevgilisinə 6000 dollarlıq  diş düzəltdirən kişi ayrılandan sonra pulunu geri istədi
16 iyun 2026 16:59 (UTC +04:00)

Sevgilisinə 6000 dollarlıq diş düzəltdirən kişi ayrılandan sonra pulunu geri istədi

0

Ukraynada maraqlı bir hadisə baş verib. Stomatoloq yeddi illik peşə fəaliyyəti ərzində ilk dəfə belə bir vəziyyətlə qarşılaşdığını bildirib. Onun sözlərinə görə, bir kişi sevdiyi qıza 6 min dollardan çox dəyəri olan vinirlər düzəltdirib, lakin cütlük ayrıldıqdan sonra o, xərclədiyi vəsaiti geri qaytarmaq istəyib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, stomatoloq bu barədə "YouTube" kanallarından birində danışıb.

O bildirib ki, bir gün ona zəng edən kişi keçmiş sevgilisinin klinikada diş müalicəsi aldığını və vinirlər taxdırdıqdan sonra onunla əlaqəni kəsdiyini deyib. Onun sözlərinə görə, kişi indi keçmiş sevgilisi üçün çəkdiyi xərcləri hüquqi yolla geri almağın mümkün olub-olmadığını araşdırır.

Hadisə sosial şəbəkə istifadəçiləri arasında da geniş müzakirələrə səbəb olub. İstifadəçilər məsələyə əsasən yumorla yanaşıblar.

Hüquqşünasların fikrincə, əgər vəsait hədiyyə və ya könüllü dəstək kimi təqdim edilibsə, sonradan münasibətlərin bitməsi həmin məbləğin geri tələb olunması üçün hüquqi əsas yaratmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar