Uzun müddətli maqnit qasırğası XƏBƏRDARLIĞI
02 iyul 2026 17:17 (UTC +04:00)

Uzun müddətli maqnit qasırğası XƏBƏRDARLIĞI

0

Yaxın günlərdə sağlamlığınızın qeydinə qalmaq, stressdən qaçmaq və düzgün qidalanmağa çalışmaq vacibdir.

Son günlər Günəşdə üç partlayış qeydə alınıb - onların hamısı planetimizə yönəlib. 

Bu partlayışlardan birincisi iyunun 30-da Yerə çatıb və dünən daha bir zərbə olub. 

Bu səbəbdən artıq bir neçə gündür ki, maqnit qasırğaları qeydə alınır. Bunun nə qədər davam edəcəyi hələ də bəlli deyil, xüsusən qarşıda bizi yeni bir zərbə gözlədiyi üçün.

Lent.az bildirir ki, Britaniya Geoloji Xidməti bu barədə məlumat verib.

İyunun 30-da daha bir Günəş partlayışı baş verib. O, iyulun 3-də Yerə çatacaq.

Proqnozlara görə, G2 maqnit qasırğası bu gün və yaxın günlərdə davam edəcək. 

G2 maqnit qasırğaları orta dərəcəli hesab olunur, lakin onlar yalnız peyklərin və rabitə sistemlərinin işinə deyil, həm də hava şəraitinə həssas insanların rifahına təsir göstərə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar