
36 min nəfərə elektron qaydada pensiya təyin olunacaq
Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə pensiya təyinatının elektron infrastrukturu qurulmaqla, sosial təminat sahəsində ilk proaktiv xidmət kimi cari ilin əvvəlindən avtomatlaşdırılmış pensiya təyinatına başlanılıb. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Xəbərə görə, bu günədək artıq 7000 şəxsə elektron qaydada pensiya təyinatı aparılıb.
Pensiya yaşı tamam olduğu gün həmin vətəndaşlara pensiya təyinatı həyata keçirilib. Həmin gün də təyin edilmiş pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə “sms”, e-mail və ya rəsmi məktubla onlara məlumat verilib. Bununla da pensiya yaşı çatan vətəndaşların onlara pensiya təyin olunması üçün müxtəlif sənədlər toplamasına və bu sənədlərlə hansısa quruma müraciət etməsinə ehtiyac olmadan, onların pensiya hüququ reallaşdırılıb.
Bu il pensiya hüququ yaranacaq şəxslərdən 70 faizinə, yəni 36 min nəfərə elektron qaydada pensiya təyin olunacağı proqnozlaşdırılır.
Eyni zamanda, sosial müavinətlərin də avtomatlaşdırılmış təyinat mexanizminin yaradılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq işlər aparılır.
Oxşar yazılar

May ayında böyük qazanc əldə edəcək beş BÜRC
4 may 2025 , 19:54
Siqaret çəkənlərin NƏZƏRİNƏ: Bu 6 məhsuldan istifadə vacibdir
4 may 2025 , 17:37
Pul cəlb etmək üçün: 4 güclü qaraçı ritualı
4 may 2025 , 17:05
Bakıya güclü yağış yağacaq - XƏBƏRDARLIQ
4 may 2025 , 13:37
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
4 may 2025 , 13:18
Bakıda yağış yağacaq, şimşək çaxacaq - Sabahın HAVASI
4 may 2025 , 12:16
Əvəz Zeynallı müalicə üçün Ankaraya getdi
4 may 2025 , 11:48