3 ayda "Azərsu"ya nə qədər müraciət olunub?
İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatı
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir. Əvvəlki dövrlərdə olduğu kimi 2019-cu ilin birinci rübündə də bu mərkəzlərə “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlərlə bağlı edilən müraciətlərin sayı artıb.
"Azərsu" ASC-dən Lent.az-a verilən məlumata görə, 2019-cu ilin yanvar-mart aylarında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 26850 müraciət edilib. Daxil olmuş müraciətlərin 13182-i “ASAN xidmət”, 13668-i isə “ASAN Kommunal” mərkəzlərində qeydə alınıb. Vətəndaşlar xidmət bölmələrinə daha çox ödənişlər haqqında məlumatların verilməsi, texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi ilə bağlı müraciətlər edib.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən “Azərsu” ASC “ASAN Kommunal” mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 220 minədək müraciət daxil olub.
Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Mingəçevir, Şəki, İmişli və Quba şəhərlərindəki “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində təşkil olunub.
Oxşar yazılar

May bu BÜRCLƏRƏ yaşıl işıq yandırır: Kimlər siyahıdadır?
5 may 2025 , 00:02
DİQQƏT: Bu yolda sürət həddi endirildi
4 may 2025 , 23:08
May ayında böyük qazanc əldə edəcək beş BÜRC
4 may 2025 , 19:54
Siqaret çəkənlərin NƏZƏRİNƏ: Bu 6 məhsuldan istifadə vacibdir
4 may 2025 , 17:37
Pul cəlb etmək üçün: 4 güclü qaraçı ritualı
4 may 2025 , 17:05
Bakıya güclü yağış yağacaq - XƏBƏRDARLIQ
4 may 2025 , 13:37
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
4 may 2025 , 13:18