“Fiziki  cəhətdən  qüsurlu gənclərin əmək fəaliyyətinə dəstək”
15 aprel 2013 10:56 (UTC +04:00)

“Fiziki cəhətdən qüsurlu gənclərin əmək fəaliyyətinə dəstək”

0

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi gənc əlillərin çalışa biləcəyi peşə və ixtisaslar, sahələrlə bağlı təkliflər paketi hazırlayacaq

 

Lent.az-ın verdiyi məlumata görə, “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Fiziki  cəhətdən  qüsurlu gənclərin əmək fəaliyyətinə dəstək” layihəsinin icrasına başlayıb.

 

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi müvafiq dövlət qurumları ilə əməkdaşlıq sayəsində layihə çərçivəsində gənc əlillərin çalışa biləcəyi peşə və ixtisaslar, sahələr, əlillərin əmək fəaliyyəti üçün zəruri şəraitin yaradılması barədə təkliflərin hazırlanmasını nəzərdə tutur.

 

Üç ay ərzində həyata keçiriləcək layihə çərçivəsində hazırlanacaq təkliflər paketinin parlamentə, müvafiq dövlət qurumlarına və əlillərlə bağlı QHT-lərə təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 629

Oxşar yazılar