
Bu günün havası
Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliynin Milli Hidrometeorologiya Departamentindən bildirilib.
Məlumata görə, lakin gecəyə doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-15° isti təşkil edəcək.
Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.
Rayonlarda da bu gün əsasən yağmursuz, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Gündüz mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti təşkil edəcək.
Oxşar yazılar

Bakıya güclü yağış yağacaq - XƏBƏRDARLIQ
4 may 2025 , 13:37
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
4 may 2025 , 13:18
Bakıda yağış yağacaq, şimşək çaxacaq - Sabahın HAVASI
4 may 2025 , 12:16
Əvəz Zeynallı müalicə üçün Ankaraya getdi
4 may 2025 , 11:48
Oğul anasının ölümündən sonra lotereya bileti tapdı: Möhtəşəm məbləğ qazandı
4 may 2025 , 11:46
İnsan sidiyindən pivə? Hamını şoka salacaq
4 may 2025 , 11:14
Bu rayonlara leysan yağdı - GÜNÜN HAVASI
4 may 2025 , 10:25