Abituriyentlər bu gündən ərizələrini təsdiq etdirə bilərlər
15 aprel 2013 10:21 (UTC +04:00)

Abituriyentlər bu gündən ərizələrini təsdiq etdirə bilərlər

0

Aprelin 15-dən 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər öz ərizələrini təsdiq etdirməlidirlər. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib Qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər internet vasitəsilə elektron ərizələri doldurur və tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirirlər.

 

Ümumi təhsil müəssisələrini 2012/2013-cü tədris ilində bitirən abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü tədris ilində bitirən qız abituriyentlər və 2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib təsdiq etdirmiş qız abituriyentlər elektron ərizələrini aprelin 9-dan mayın 17-dək SQK-na müraciət etmədən elektron ərizə səhifəsinə daxil olub özləri təsdiq edirlər.

Xatırladaq ki, ərizələrin təsdiqi prosesi gələn ayın 17-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 827

Oxşar yazılar