Əmək müqaviləsi ilə bağlı tələblər sərtləşdirilir
20 dekabr 2013 18:20 (UTC +04:00)

Əmək müqaviləsi ilə bağlı tələblər sərtləşdirilir

0

Bununla bağlı Cinayət Məcəlləsinə xüsusi maddə əlavə edilir


 

Azərbaycanda əmək müqaviləsi olmadan işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi cinayət məsuliyyəti yaradacaq.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə xüsusi olaraq 162-1-ci maddə əlavə olunur.

 

Yeni maddəyə görə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən xeyli sayda işçinin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manata qədər və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

 

Eyni əməllər təkrar törədildikdə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

 

Bu maddədə “xeyli sayda” dedikdə, 10 və 10-dan çox işçi sayı nəzərdə tutulur.

 

Layihə Milli Məclisin dekabrın 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2081

Oxşar yazılar