Azərbaycanın cənub bölgəsindəki sürüşmə sahələrində monitorinqlər başlayıb
04 iyun 2013 11:15 (UTC +04:00)

Azərbaycanın cənub bölgəsindəki sürüşmə sahələrində monitorinqlər başlayıb

0

“Dünəndən etibarən Azərbaycanın cənub zonasındakı sürüşmə ərazilərində monitorinqlər başlayıb”. Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar  Qaralov bildirib.

 

B. Qaralovun sözlərinə görə, monitorinqlər 5 rayonda - Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlıda həyata keçirilir. Monitorinq cənub bölgəsinin magistral yollarında və kəndlərində aparılır. Ümumilikdə monitorinqə 20-dən çox kəndin cəlb olunduğunu deyən Ekspedisiya rəisi bildirib ki, bu il vəziyyət ötən ilkinə nisbətən yaxşıdır. “Cəlilabadda və Masallıda çökməyə məruz qalan kəndlər var. Lənkəran-Lerik yolunun 18-19-cu km-dəki suxurlar axıcı suxurlardır. Buradakı uçqunun qarşıını almaq üçün həmin ərazidəki təpə götürülməlidir. Bununla bağlı Nazirlər Kabinetinə təklif verilib”-deyə, B. Qaralov əlavə edib.

 

B. Qaralov onu da vurğulayıb ki, cənub bölgəsində monitorinqlər həftə sonuna qədər davam edəcək. Bundan onra şimal rayonlarındakı sürüşmə sahələrində monitorinqlər başlayacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 576

Oxşar yazılar