Universitetdən qovulan tələbə danışdı -  "Mənə təzyiq edirdilər"
17 sentyabr 2026 14:36 (UTC +04:00)

Universitetdən qovulan tələbə danışdı - "Mənə təzyiq edirdilər"

0

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələrini təhdid etdiyi üçün universitetdən qovulan Kənan Zindadil sosial şəbəkədə paylaşım edib.

Lent.az xəbər verir ki, o, universitetdən kənarlaşdırılma əmrinin ədalətli olmadığını, yenidən bərpa olunmaq istədiyini bildirib. 

"Mən o universitetdə təzyiqlərə, təhdidlərə məruz qalırdım, hər kəs də bunu bilirdi. Xahiş edirəm ki, bu məsələyə ciddi baxılsın. Heç bir kəsrim və töhmətim olmayıb. Canlı yayımda bir nəfərin sualına cavab verdiyim üçün universitetdən kənarlaşdırılmağım necə doğru qərar ola bilər?", - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar