Bakı Ali Neft Məktəbi: tələbələrin 1-ci elmi texniki konfransı oldu
15 aprel 2013 10:51 (UTC +04:00)

Bakı Ali Neft Məktəbi: tələbələrin 1-ci elmi texniki konfransı oldu

0

Aprel 13-də Bakı Ali Neft Məktəbində  tələbələrin Heydər Əliyevin anadan olmasının  90-cı  ildönümünə həsr olunmuş “İnformasiya-kommunikasiya texnologiyalarının neft-qaz və kimya mühəndisliyində tətbiqi” mövzusunda elmi-texniki konfransı keçirilib. Bu barədə Lent. az-a ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Konfransın plenar iclasını açan rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin tələbələrinin ilk konfransının Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmasını əlamətdar bir hadisə sayıb: “Bakı Ali Neft Məktəbində cəmi 7 ay ərzində təhsil alan tələbələr elmi işlərə həvəs göstərərək yüksək biliklərə malik olublar”.

 

Tədbirdə iştirak edən ARDNŞ-nin vitse-prezidenti Xaliq Məmmədov və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev və AMEA-nın Neft-kimya  prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov tələbələri ilk konfransın keçirilməsi münasibətilə təbrik ediblər.

Sonra tələbələrin məruzəsi dinlənilib.

 

Ən yüksək qiymətə layiq görülmüş məruzələrin müəllifləri konfransın yekun iclasında mükafatlandırılacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 956

Oxşar yazılar