
Bakı məktəblisinin Ukraynada uğuru
Ukraynanın paytaxtı Kiyevdə keçirilən 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Qarayeva bürünc medal qazanıb.
Təhsli Nazirliyindən Lent.az-a bildirilib ki, aprelin 7-dən başlayan olimpiada ayın 13-dək davam edəcək.
50 ölkədən nümayəndələrin qatıldığı olimpiadada Avropa ölkələri ilə yanaşı, ABŞ, Kanada, Avstraliya və digər ölkələrin məktəbliləri iştirak ediblər.
Azərbaycanı bu yarışda Zəhra Bayramlı, Fidan Qarayeva, Şəms Əliyeva və Fidan Babayeva təmsil ediblər.
Fizika-riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri Zəhra Bayramlı və Şəms Əliyeva isə olimpiadanın xüsusi mükafatı olan həvəsləndirici serifikata layiq görülüblər.
Qeyd edək ki, azərbaycan məktəbliləri dördüncü dəfədir ki, bu yarışmada iştirak edirlər. İlk dəfə 2012-ci ildə İngiltərədə təşkil olunan Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) məktəbli qızlar arasında keçirilən bilik yarışıdır. 2017-ci ildə İsveçrədə 43 ölkənin iştirakı ilə keçirilən olimpiadaya azərbaycanlı şagirdlər də qatılıb, məktəblilərimiz bu yarışda iki həvəsləndirici serifikata layiq görülüb.
Oxşar yazılar

Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU – Stressə girməyəcəksiniz
5 may 2025 , 14:39
Leysan, dolu, sulu qar - Sabahın HAVASI
5 may 2025 , 13:01
Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI
5 may 2025 , 11:00
Ürək dərmanları PULSUZ OLACAQ
5 may 2025 , 10:56
Əmək pensiyasının təyini üçün kimlər müraciət edə bilər? – CAVAB
5 may 2025 , 10:32
Mayın birinci yarısında inanılmaz uğur qazanacaq BÜRCLƏR
5 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
5 may 2025 , 08:25