
Çaylarda suyun səviyyəsi artıb
Ötən günlər ərzində yağan yağış nəticəsində respublikanın çaylarında sululuğun artımı müşahidə olunub. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.
Verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 40-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-160 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, martın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 177 kub/s olmaqla, ongünlük normanın 58 faizini təşkil edir. 2018-ci ildə bu rəqəm 420 kub/s olmaqla, ongünlük normanın 138 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 68 kub/s olmaqla, ongünlük normanın 61 faizini təşkil edir. 2018-ci ildə bu rəqəm 85 kub/s olmaqla, ongünlük normanın 76 faizni təşkil edib.
Kür çayının aşağı axımında hazırki vəziyyətə gəlincə, martın 29-da Kür çayının aşağı axımında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 12, Salyanda 9 sm azalma qeydə alınıb, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 333 sm (2018-ci il martın 29-da 312 sm), Şirvanda 181 sm (2018-ci il martın 29-da 173 sm), Salyanda 99 (2018-ci il martın 29-da 103 sm), Bankədə 167 sm (2018-ci il martın 29-da 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 33 sm (2018-ci il martın 29-da 48 sm) təşkil edir.
Oxşar yazılar

May bu BÜRCLƏRƏ yaşıl işıq yandırır: Kimlər siyahıdadır?
5 may 2025 , 00:02
DİQQƏT: Bu yolda sürət həddi endirildi
4 may 2025 , 23:08
May ayında böyük qazanc əldə edəcək beş BÜRC
4 may 2025 , 19:54
Siqaret çəkənlərin NƏZƏRİNƏ: Bu 6 məhsuldan istifadə vacibdir
4 may 2025 , 17:37
Pul cəlb etmək üçün: 4 güclü qaraçı ritualı
4 may 2025 , 17:05
Bakıya güclü yağış yağacaq - XƏBƏRDARLIQ
4 may 2025 , 13:37
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
4 may 2025 , 13:18