
Gecikdirilmiş 33,8 min manat əmək haqqı ödənildi
Bu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinin araşdırılması zamanı 29 nəfərin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib. Bu barədə Lent.az-a ƏƏSMN-dən bildirilib.
Məlumata görə, görülən tədbirlər nəticəsində həmin şəxslər əvvəlki işlərinə bərpa etdiriliblər. Xidmətə daxil olan vətəndaş müraciətlərin bir qismində isə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi əksini tapıb.
Xidmətin yanvar-mart aylarında bu istiqamətdə apardığı araşdırmalar zamanı işəgötürənlər tərəfindən 33844 manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib. 93,8 faizi əməkhaqlarından, qalan hissəsi sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olan həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.
Oxşar yazılar

May bu BÜRCLƏRƏ yaşıl işıq yandırır: Kimlər siyahıdadır?
5 may 2025 , 00:02
DİQQƏT: Bu yolda sürət həddi endirildi
4 may 2025 , 23:08
May ayında böyük qazanc əldə edəcək beş BÜRC
4 may 2025 , 19:54
Siqaret çəkənlərin NƏZƏRİNƏ: Bu 6 məhsuldan istifadə vacibdir
4 may 2025 , 17:37
Pul cəlb etmək üçün: 4 güclü qaraçı ritualı
4 may 2025 , 17:05
Bakıya güclü yağış yağacaq - XƏBƏRDARLIQ
4 may 2025 , 13:37
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
4 may 2025 , 13:18