Gənclər Gəncədə toplaşacaqlar
13 aprel 2013 17:31 (UTC +04:00)

Gənclər Gəncədə toplaşacaqlar

0

Aprelin 27-də Gəncədə Azərbaycan Gənclərinin I Könüllülük Forumu start götürəcək. Lent. az-ın məlumatına görə, 4 gün davam edəcək tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Könüllülər İctimai Birliyinin birgə təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyəti, “İRƏLİ” İctimai Birliyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin dəstəyi ilə “Ramada Hotel”də baş tutacaq.

 

Forum “Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə” Dövlət Proqramının “Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi” bəndinə uyğun olaraq həyata keçirilir. 100 nəfər gənci bir araya gətirəcək toplantıda əsas məqsəd aktiv gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, könüllülük işini inkişaf etdirmək, gənclərdən ibarət könüllü qrupların yaradılmasını və Azərbaycan könüllülərinin beynəlxalq inteqrasiyasını təmin etməkdən ibarətdir.

 

İştirak üçün 14 - 29 yaşlı şəxslər aprelin 22-dək httr://avru.az/volunteersaz linkinə daxil olaraq, ərizə formasını doldurduqdan sonra müraciət edə bilərlər. İştirakçılar seçim əsasında müəyyən olunacaq və yalnız regionlardan müraciət edən gənclərə üstünlük veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1061

Oxşar yazılar