Gürcüstan Azərbaycan təcrübəsindən istifadə edəcək
15 aprel 2013 17:41 (UTC +04:00)

Gürcüstan Azərbaycan təcrübəsindən istifadə edəcək

0

Qorxmaz Hüseynov Koreya, Gürcüstan və Latviya nümayəndə heyətlərini qəbul edib

 

 

Bakıda keçirilmiş Xəzər Beynəlxalq Su Texnologiyaları sərgisi və konfransında iştirak etmək üçün Azərbaycanda səfərdə olan xarici dövlətlərin rəsmi nümayəndələri, beynəlxalq təşkilatların və xarici şirkətlərin təmsilçiləri  “Azərsu” ASC-də olub, bir sıra işgüzar görüşlər keçiriblər.

 

Cəmiyyətin Mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, “Azərsu” sədri Qorxmaz Hüseynov Koreya Su Forumunun vitse-prezidenti Kyung Taek Yumu qəbul edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.Sədr Kyung Taek Yuma Azərbaycanda həyata keçirilən  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələri barədə məlumat verib.

 

“Azərsu” sədri Gürcüstanın Birləşmiş Su təchizatı şirkətinin baş direktoru Arçil Tsabutaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparılıb, həyata keçirilən içməli su və kanalizasiya layihələri barədə məlumatlar verilib. Gürcüstan nümayəndə heyətinin üzvləri  gələcəkdə Azərbaycanın təcrübəsindən istifadə edəcəklərini söyləyiblər.

 

Latviyanın “Siarigasudens”  Riqa su və kanalizasiya idarəsinin rəhbəri Daqnija Kalnina da  “Azərsu”-da olub, Qorxmaz Hüseynovla görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 693

Oxşar yazılar