
Məşğulluq altsistemi sınaq rejimində fəaliyyətə başlayacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan Məşğulluq altsistemi yaxın günlərdə sınaq rejimində fəaliyyətə başlayacaq. Lent.az-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, ilk dövrdə vətəndaşların müraciəti paralel olaraq qəbul ediləcək. Yəni, vətəndaşlar həm Məşğulluq altsistemi üzərindən, həm də yerli məşğulluq mərkəzlərinə əyani şəkildə müraciətlərini edə biləcəklər.
Sınaq müddəti 2 ay davam edəcək. Cari ilin iyun ayından etibarən sistemin tam olaraq istifadəyə verilməsi planlaşdırılır.
Məşğulluq altsistemi dövlət məşğulluq xidmətlərinin keyfiyyətinin və çevikliyinin artırılması, işsiz və işaxtaranlara daha əlçatan olması üçün yaradılıb. Altsistem vakansiyalar, habelə işsiz və işaxtaranlara dair real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına malik olmaqla, məşğulluq xidmətləri barədə məlumatlara real vaxt rejimində çıxış və onlardan istifadə imkanı yaradır.
Oxşar yazılar

May bu BÜRCLƏRƏ yaşıl işıq yandırır: Kimlər siyahıdadır?
5 may 2025 , 00:02
DİQQƏT: Bu yolda sürət həddi endirildi
4 may 2025 , 23:08
May ayında böyük qazanc əldə edəcək beş BÜRC
4 may 2025 , 19:54
Siqaret çəkənlərin NƏZƏRİNƏ: Bu 6 məhsuldan istifadə vacibdir
4 may 2025 , 17:37
Pul cəlb etmək üçün: 4 güclü qaraçı ritualı
4 may 2025 , 17:05
Bakıya güclü yağış yağacaq - XƏBƏRDARLIQ
4 may 2025 , 13:37
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
4 may 2025 , 13:18