Prezident “Bələdiyyələrin statusu haqqında” qanunda dəyişiklikləri təsdiqlədi
26 avqust 2019 18:57 (UTC +04:00)

Prezident “Bələdiyyələrin statusu haqqında” qanunda dəyişiklikləri təsdiqlədi

0
Bu gün Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanunda dəyişiklikləri təsdiqləyib.
 
APA-nın məlumatına görə, qanuna təklif edilən 49-1-ci maddə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.
 
Eyni zamanda, qanuna təklif olunan 10-1-ci maddə bildirilib ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsini təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 949

Oxşar yazılar