“Windows 11”də RAM problemi  tarixə qovuşur
31 iyul 2026 02:28 (UTC +04:00)

“Windows 11”də RAM problemi tarixə qovuşur

0

“Microsoft” şirkəti “Windows 11”də yüksək RAM istifadəsi və performans problemlərini aradan qaldırmaq üçün mühüm dəyişikliklərə başlayır.

Lent.az xəbər verir ki, şirkət sistem komponentlərini “React” əsaslı infrastrukturdan yerli “WinUI” platformasına keçirərək yaddaş istifadəsini optimallaşdırmağı hədəfləyir.

Yenilənmə çərçivəsində ilk olaraq “Başlat” menyusu və bildirişlər yenidən hazırlanacaq.

Dəyişikliklər sayəsində RAM sərfiyyatı azalacaq, sistem daha sürətli işləyəcək, pəncərə ölçüsü dəyişdirilərkən yaranan görüntü qırılmaları və gecikmələr də aradan qalxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar