Şamaxıda bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Sabir qəsəbəsi ərazisində qeydə alınıb.
37 yaşlı Anar Ağayev ailə-məişət mübahisəsi zəminində atası, 67 yaşlı Məmməd Ağayevə kəsici alətlə xəsarət yetirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırma aparılır.
İlham Əhmədov