Ramil Usubov vətəndaşları qəbul edib
20 aprel 2013 14:05 (UTC +04:00)

Ramil Usubov vətəndaşları qəbul edib

0

 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar aprelin 19-da və 20-də Şəki şəhərində növbəti qəbul keçirib. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

İki gün ərzində Polis Şöbəsində Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, Qəbələ rayonlarında yaşayan sakinlərin, eyni zamanda, bölgədə məskunlaşan Kəlbəcər, Laçın və Xocalıdan olan məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir vətəndaşları şəxsən dinləyib, onların müraciətlərinin operativ şəkildə həll edilməsi üçün aidiyyatı Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

 

Daxili işlər naziri tərəfindən qəbul edilən 61 nəfərin müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həllini tapıb, polis fəaliyyətinə aid olmayan 15 ərizəyə baxılması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı,  onların obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi nəzərə çatdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1143

Oxşar yazılar