
Sürücülərin NƏZƏRİNƏ: Yol Polisi “Diqqət, uşaqlar!” aylığına hazırlaşır
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları növbəti dəfə maarifləndirici tədbir həyata keçirib. Bu məqsədlə əməkdaşlar 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində uşaqlar və müəllimlərlə görüşüb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin Baş Dövlət Yol Polis İdarəsinin İctimai qurumlarla əlaqələr şöbəsinin əməkdaşları uşaqlarla görüş zamanı küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması və yol hərəkəti qaydalarının öyrənilməsi istiqamətində açıq dərs keçirib.
Dərs müddətində aparılan müzakirələr uşaqlar tərəfindən böyük maraqla qarşılanıb, yol hərəkəti qaydaları ilə bağlı suallar cavablandırılıb. Eyni zamanda, mərkəzin ərazisində yeni nişanlanma xəttləri, yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi və digər işlər BDYPİ tərəfindən həyata keçirilib. Yol polisinin gördüyü işlərə görə məktəbin müəllim və şagird heyəti, valideynlər, Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkür ediblər.
Oxşar yazılar

Bu üç ayda doğulan insanlar ən güclü intuisiyaya malikdirlər
20 avqust 2025 , 18:54
Pul yığmağınıza kömək olan 10 MƏSLƏHƏT
20 avqust 2025 , 18:10
Güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
20 avqust 2025 , 17:04
Yayda bu əşyaları maşına qoymayın: partlayış ola bilər
20 avqust 2025 , 16:00
Pensiya alanlara ŞAD XƏBƏR: pullar bu tarixdə tam ödəniləcək
20 avqust 2025 , 15:08
Magistraturaya maraq niyə azalıb? - Deputat DANIŞDI
20 avqust 2025 , 14:03
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları TƏQDİM OLUNDU – Aqil Ələsgər mükafata layiq görüldü - VİDEO
20 avqust 2025 , 13:25