TQDK ARDNŞ-dən təqaüd almaq şansı olanların adını açıqladı
14 aprel 2013 21:56 (UTC +04:00)

TQDK ARDNŞ-dən təqaüd almaq şansı olanların adını açıqladı

0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Dövlət Neft Şirkətinin (ARDNŞ) ali təhsil müəssisələrinin tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə keçirilmiş test imtahanının nəticələrini açıqlayıb.  

APA-nın xəbərinə görə, nəticələr artıq TQDK-nın internet ünvanında yerləşdirilib.

 

Qeyd edək ki, ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.  

 

Müsabiqə üçün qeydiyyat ARDNŞ tərəfindən aparılıb, 2128 nəfər qeydiyyatdan keçib.  Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunub. Yüksək bal toplamış namizədlər növbəti mərhələ olaraq müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.   


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1430

Oxşar yazılar