İyunun 7-də növbəti buraxılış imtahanı olacaq. Bu barədə Lent.az-a TQDK –nın mətbuat xidmətindən məlumat verilib. Bu həftənin cümə günü komissiya İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında və Naxçıvan MR-da fəaliyyət göstərən (o cümlədən bu ərazilərdə fəaliyyət göstərən işğal olunmuş rayonların) orta ümumtəhsil müəssisələri şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.
İyunun 12-də isə Yevlax, Bərdə, Tərtər, Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayonlarında fəaliyyət göstərən (o cümlədən bu ərazilərdə fəaliyyət göstərən işğal olunmuş rayonların) orta ümumtəhsil müəssisələri şagirdləri üçün buraxılış imtahanı olcaq.
Qeyd edək ki, şagirdlər buraxılış imtahanı üçün "İmtahana buraxılış vərəqi"ni çap etdirə bilər.