Xətai rayonunda içməli su problemi yaranıb
04 iyun 2013 10:45 (UTC +04:00)

Xətai rayonunda içməli su problemi yaranıb

0

Bakı şəhəri Xətai rayonu Nobel prospektində aparılan abadlıq işləri ilə əlaqədar ərazidən keçən 400 mm diametrli  magistral su xəttinin yeri dəyişdirilib.

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən Lent.az-a verilən məlumata görə hazırda magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.

 

Bununla əlaqədar bu gün ərzində Xətai rayonu Nobel prospekti boyunca bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 803

Oxşar yazılar