Xəzərin Hövsan sahilləri qırmızıya boyandı  - VİDEO  - YENİLƏNİB
11 iyun 2026 16:16 (UTC +04:00)

Xəzərin Hövsan sahilləri qırmızıya boyandı - VİDEO - YENİLƏNİB

2

Xəzər dənizinin Hövsan qəsəbəsi ərazisində dənizin dalğalarının qırmızı rəng alması ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı götürülmüş su nümunələrinin laborator analizlərindən sonra dəqiq nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilmişdi.

ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nümunələrin analiz nəticələrinə əsasən dənizin qırmızı rəngdə olmasına səbəb ehtimal olunduğu kimi mövsümlə əlaqədar olaraq qırmızı-qonur yosunların çoxalması olub:

"Su nümunəsinin mikroskopik tədqiqatı zamanı nümunədə qırmızı yosunlarla (Rhodophyta) yanaşı, yaşıl yosunlar (Chlorophyta) və sianobakteriyalar da müşahidə edilmişdır. Aşkarlanan yosun qrupları su nümunəsinin fitoplankton tərkibinin müxtəlifliyini göstərir və onların yüksək biokütlə yaratdığı hallarda suyun rəng dəyişməsinə səbəb ola bilir". 

***

3 iyun, 17:15

Sosial şəbəkələrdə Hövsan qəsəbəsi ərazisində Xəzər dənizinin dalğalarının qırmızı rəng olması ilə bağlı görüntülər yayılıb. Rəngli dalğalar olan ərazidən pis qoxunun yayıldığı da bildirilir.

ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dalğaların rəngi həmin ərazidə yosunların artması ilə əlaqəli ola bilər:

“Xəzər dənizinin Hövsan qəsəbəsi ərazisində dənizin dalğalarının qırmızı rəng alması mövsümlə əlaqədar olaraq qırmızı-qonur yosunların çoxalması nəticəsində olma ehtimalını yaradır.

Bununla belə, nəzarət tədbirləri çərçivəsində su nümunələri götürülüb və mikroskopik analizlərin aparılması üçün Mərkəzi laboratoriyaya təqdim edilib. Laborator analizlərindən sonra dəqiq nəticələr əldə olunacaq və ictimaiyyətə əlavə məlumat veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 7570

Oxşar yazılar