Yağışın yaratdığı fəsadlar aradan qaldırılır-VİDEO -FOTOLENT -YENİLƏNİB
07 aprel 2026 10:30 (UTC +04:00)

Yağışın yaratdığı fəsadlar aradan qaldırılır-VİDEO-FOTOLENT-YENİLƏNİB

0

Xəbərə fotolar və video əlavə edilib.

***

09:10

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gün və gecə saatlarında fasiləsiz olaraq davam etdirilib.

Bu barədə Lent.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Suraxanı, Binəqədi və Səbail rayonlarında, Sumqayıt şəhəri, Abşeron, Xızı, Şabran və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.

Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı və Sumqayıt Regional mərkəzlərinin qüvvələri tərəfindən həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 418

Oxşar yazılar