"San-Paulo"nun yarımmüdafiəçisi Oskar karyerasını başa vurduğunu açıqlayıb.
Lent.az xarici mediaya istinadən xatırladır ki, altı ay əvvəl braziliyalı futbolçu qəfildən huşunu itirib. Oskarın ürəyi dayansa da, vaxtında tibbi yardım sayəsində sağ qalıb.
Oyunçu o vaxt karyerasını başa vurmağı planlaşdırıb, lakin tərəflər müqaviləni yalnız indi ləğv ediblər.
Qeyd etmək lazımdır ki, Oskarın klubla müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub, lakin yarımmüdafiəçi alacağı puldan imtina edib.
Oskarın ən yaddaqalan illəri iki Premyer Liqa və Avropa Liqası titullarını qazandığı "Çelsi"də keçib.