Gürcüstanın Daxili İşlər Nazirliyi Marneuli merinin qardaşı Kənan İsmayılovu saxlayıb.
Lent.az xəbər verir ki, bununla bağlı ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə. istintaq zorakılıq maddəsilə aparılır.
Qeyd olunub ki, sosial şəbəkədə ictimai fəal Samirə Bayramova Marneuli meri azərbaycanlı Daur İsmayılovun qardaşı Kənan İsmayılovun bir vətəndaşı öz dostları ilə birlikdə amansızcasına döyməsi ilə bağlı paylaşım edib.
Samirə Bayramova yazıb ki, "Marneuli merinin qardaşı öz ətrafındakı şəxslərlə birlikdə Marneulidə bir vətəndaşı vəhşicəsinə döyüb. Merin ailə üzvləri artıq bir həftədən çoxdur ki, şəhərdə xaos yaradırlar".
Onun sözlərinə görə, sahibkarlardan biri çörəyin qiymətini artırmadığına görə mer Daur İsmayılovun qardaşı həmin şəxsi döyüb.