Samuxda bacısı oğlunu bıçaqlayan dayı saxlanılıb.
Lent.az-ın məlumatına görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 34 yaşlı R. Yolçuyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, 62 yaşlı Yadigar Musayev saxlanılaraq istintaqa təhvi verilib.
Araşdırmalar davam etdirilir.
***
6 aprel, saat: 18:33
Samuxda bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, rayon sakini 1992-ci il təvəllüdlü R.Yolçuyev bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.
Ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, R.Yolçuyev dayısı tərəfindən bıçaqlanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.(APA)