Yararsız spirtli içkilər aşkarlandı -  RƏSMİ
21 may 2021 17:13 (UTC +04:00)

Yararsız spirtli içkilər aşkarlandı - RƏSMİ

İctimai iaşə müəssisəsində istehlak üçün yararsız spirtli içkilər aşkar olunub.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az-a verilən məlumata görə, agentlik əməkdaşları Masallı rayonu, Təzəkənd ərazisində fəaliyyət göstərən, fiziki şəxs Fətullayev Ramiz Etibar oğluna məxsus ictimai iaşə müəssisəsində yoxlama keçirib. Yoxlama zamanı müəssisənin mətbəxində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən hər biri 1 litrlik qablaşdırmada olan 25 litr araq, 4 litr qırmızı şərab məhsulu aşkar olunub.

Agentlik tərəfindən etiket məlumatları olmayan məhsulların satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib. Araşdırmalar davam etdirilir.

 

# 1593
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar