Yas mərasimləri ilə bağlı məhdudiyyət götürülür? -  RƏSMİ CAVAB
28 dekabr 2021 17:37 (UTC +04:00)

Yas mərasimləri ilə bağlı məhdudiyyət götürülür? - RƏSMİ CAVAB

“Biz bu il böyük məhdudiyyətlərdən sonra bir çox yumşalmalara getmişik”.

Lent.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi –Azərbaycan Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, bütün qərarlar elmi əsaslarla bağlıdır: “Toylarda saya nəzarət etmək daha asandır. Amma yas mərasimlərinə nəzarət etmək, “COVID” pasportlarını yoxlamaq daha çətindir. Yaslarda koronavirusun daha sürətlə yayılması riski daha yüksəkdir. Buna görə də yas mərasimləri ilə bağlı məhdudiyyət qüvvədədir”.

# 3546
avatar

Oxşar yazılar