Ağacdan hazırlanmış avtomobil:  saatda 300 kilometrdən çox  sürət yığa bilir
28 iyun 2026 12:08 (UTC +04:00)

Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir

0

Şimali Karolina sakini demək olar ki, tamamilə ağacdan hazırlanmış qeyri-adi avtomobil yaradıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, o, layihəyə 20.000 saat həsr edib.
Splinter adlı avtomobili aspirant Co Harmon dizayn edib.

North Carolina man spent 20,000 hours building a fully functional supercar entirely out of wood that's a total engineering masterpiece

Maraqlısı odur ki, Splinter sadəcə bir sənət layihəsi deyil. Harmonun sözlərinə görə, o, saatda 322 kilometr sürətə çata biləcək əsl avtomobildir.

O deyib ki, belə bir superkar ideyası ona 2006-cı ildə Şimali Karolina Dövlət Universitetində sənaye dizaynı üzrə təhsil alarkən gəlib. O, xəyalını 2008-ci ilin ortalarında gerçəkləşdirməyə başlayıb.

North Carolina man spent 20,000 hours building a fully functional supercar entirely out of wood that's a total engineering masterpiece

Harmon nəticədə 2500 funt ağırlığında, bir çox müasir superkarlardan xeyli yüngül bir avtomobil yaradıb. O, avtomobilini Cadillac Northstar V8 mühərriki ilə təchiz edib.

North Carolina man spent 20,000 hours building a fully functional supercar entirely out of wood that's a total engineering masterpiece

Harmon, avtomobilin hazırlanmasında 20 müxtəlif ağac növündən istifadə olunduğunu bildirib. Məsələn, kuzov albalıdan, şassi və asqı isə ağcaqayın, palıd, hickory və göyrüşdən hazırlanıb.

North Carolina man spent 20,000 hours building a fully functional supercar entirely out of wood that's a total engineering masterpiece

Superkarın hər təkəri alüminium xarici örtüklər və taxta mərkəzi hissə də daxil olmaqla 300 fərdi komponentdən ibarətdir.

"Təkərləri bitirdikdə, düşünmürdüm ki, avtomobilin qalan hissəsini bitirə bilərik, çünki bu, çox vaxt apardı", - Harmon etiraf edib.

North Carolina man spent 20,000 hours building a fully functional supercar entirely out of wood that's a total engineering masterpiece

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar