Yeznəsinə zorla ərə verilən qadınla bağlı DAHA BİR AÇIQLAMA  -YENİLƏNİB
15 sentyabr 2022 21:03 (UTC +04:00)

Yeznəsinə zorla ərə verilən qadınla bağlı DAHA BİR AÇIQLAMA -YENİLƏNİB

Yardımlı rayonu Arvana kənd tam orta məktəbin direktoru vəzifəsində işləyən İsayev Kamran Abasxan oğlu ilə bağlı müxtəlif mətbuat orqanlarında yayılan məlumatla bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. 

İdarədən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı direktor İsayev Kamran Abasxan oğlu mətbuatda onun haqqında yer alan məlumatın həqiqəti əks etdirmədiyini və ona böhtan atıldığını bildirmişdir. 

Hadisə ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır. Hər hansı yeni məlumat olarsa, bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək.
 

***

18.50

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yardımlıda qadının zorla bacısının ərinə ərə verilməsi məsələsinə münasibət bildirib.

Lent.az-ın məlumatına görə, Qurumun mətbuat katibi Teymur Mərdanoğlu APA-ya açıqlamasında qeyd edib ki, məsələ Komitə və aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, bu istiqamətdə müvafiq tədbirlər görülməkdədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb. Hazırda Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, atası tərəfindən bacısının ərinə zorla ərə verilən qadın hazırda Bakıdakı sığınacaqlardan birində yerləşdirilib. O, həmçinin zorakılığa məruz qalıb. Qadın yerləşdirildiyi sığınacaqdan qardaşı və digər şəxs tərəfindən çıxarılmağa cəhd edilsə də, hazırda sığınacaqdadır.

# 5346
avatar

Oxşar yazılar

Bakıda bu həftə hava necə olacaq?

Bakıda bu həftə hava necə olacaq?

9 dekabr 2022 , 10:19
Azərbaycanda dekabrın ən soyuq günü AÇIQLANDI

Azərbaycanda dekabrın ən soyuq günü AÇIQLANDI

9 dekabr 2022 , 09:45
Azərbaycanda COVID-ə yoluxanların  SON STATİSTİKASI

Azərbaycanda COVID-ə yoluxanların SON STATİSTİKASI

8 dekabr 2022 , 21:08
“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

8 dekabr 2022 , 18:39
Həftə sonu üçün  HAVA PROQNOZU

Həftə sonu üçün HAVA PROQNOZU

8 dekabr 2022 , 17:56
Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

8 dekabr 2022 , 16:02
İldırım 900-dan çox  adamı öldürdü

İldırım 900-dan çox adamı öldürdü

8 dekabr 2022 , 15:31
Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ:  Yollar buz bağlayacaq

Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

8 dekabr 2022 , 14:11