Yol polisi əməkdaşları silah gəzdirə bilərmi? - CAVAB
15 yanvar 2026 17:14 (UTC +04:00)

Yol polisi əməkdaşları silah gəzdirə bilərmi? - CAVAB

0

Bu günlərdə sosial şəbəkədə YPX əməkdaşlarının təlim prosesində “NİVA”markalı avtomobili saxlatması, şüşəsini sındırması və saxlanılan şəxsə silah tuşlamasına dair görüntülər yayılıb.

Həmin görüntüləri şərh edən vətəndaşlardan bəziləri YPX əməkdaşlarının bu davranışının prosessual qanunvericiliyə nə dərəcədə əməl etməsinə dair müzakirə açıb.

Hüquqşünas Elçin Kazımi Lent.az-a bildirib ki,  YPX-nın hüquqi statusu və real səlahiyyətləri var:

“YPX əməkdaşları Daxili İşlər Nazirliyinin strukturuna daxil olan polis əməkdaşlarıdır və “Polis haqqında” Qanuna əsasən, bütün polis səlahiyyətlərinə malikdirlər. Bu da o deməkdir ki, YPX əməkdaşı xidməti tabel silah daşıyır, inzibati icraat aparır, şəxsi və nəqliyyat vasitəsini saxlayır, axtarışda olan şəxsi müəyyən edib saxlayır, qanunun tələblərini yerinə yetirməyən şəxsi məcburi qaydada polis orqanına aparır. Prosessual hərəkətlər (axtarış, götürmə və s.) isə cinayət prosesi zamanı müstəntiq və ya məhkəmə qərarı ilə icra olunur. Təlimlərdə göstərilənlər YPX-da qadağa deyil, bütün polis orqanları üçün eyni hüquqi normadır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar