Bölgələrdə kənd toyuğunun qiyməti bahalaşıb.
Lent.az xəbər verir ki, APA TV-nin əməkdaşı Zaqatala bazarından bu barədə reportaj hazırlayıb.
Bazara kənd toyuğu almağa gələn alıcılar qiymətlərin baha olmasından narazılıqlarını bildiriblər. Onların sözlərinə görə, indi bəzi satıcılar əvvəllər heç vaxt olmayan formada, toyuğu tərəzidə çəkib uyğun qiymət müəyyən edirlər. Hətta bəzi alıcılar qiymətlərin baha olmasına görə məcburən mağazadan broyler toyuğu alacağını deyib.
Ətraflı süjeti izləyin: