Zaqatalada qarayara aşkarlandı - SAKİNLƏR TƏLAŞ İÇİNDƏ  - YENİLƏNİB
07 iyun 2024 16:30 (UTC +04:00)

Zaqatalada qarayara aşkarlandı - SAKİNLƏR TƏLAŞ İÇİNDƏ - YENİLƏNİB

TƏBİB Zaqatalada qarayara xəstəliyinin aşkarlanması faktı ilə bağlı məlumat yayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini (2 kişi, 1 qadın) Kliniki Tibbi Mərkəzə qarayara diaqnozu ilə hospitalizasiya olunub.

Hər üç şəxs Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. 

Onlardan 1 nəfərdə (kişi cinsli) qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. 

Digər iki şəxsdən isə qarayara şübhəsilə  laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. 

Hər 3 şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.

***

saat 14:38

Zaqatala sakinlərində qarayara xəstəliyi aşkarlanıb.

Lent.az xəbər verir ki, rayonun Faldarlı kəndində, kənd sakini 1972-ci il təvəllüdlü Canqa Xalis oğlu Süleymanovda qarayara xəstəliyinin aşkarlandığı bildirilir.

Məlumata görə, C.Süleymanov Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Kənd sakinində qarayara xəstəliyinin aşkarlanması ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd inzibati ərazi üzrə nümayəndəliyindən faktı təsdiqləyiblər.

Nümayəndəlikdən verilən məlumata əsasən, kəndin daha iki sakini - 1983-cü il təvəllüdlü Aliyə Ələsgər qızı Cəfərova və 1995-ci il təvəllüdlü Nail Nurməmməd oğlu Məmmədovda da qarayara xəstəliyinin ilkin əlamətləri özünü büruzə verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirlib. Onlardan da müvafiq nümunələr götürülüb laboratoriyada yoxlanmaq üçün göndərilib.

Kənd camaatının verdiyi ilkin məlumata görə, xəstəliyin yayılmasına kənddə kəsilib satılan mal əti səbəb olub. Baş verənlərlə əlaqədar sakinlər təlaş içindədir.

Hazırda xüsusi həkim briqadası və Zaqatala Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları kəndə ezam edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13584
avatar

Oxşar yazılar