Zaqatalanın bəzi yerləri qazsız qalacaq
18 iyun 2026 18:42 (UTC +04:00)

Zaqatalanın bəzi yerləri qazsız qalacaq

0

Zaqatala rayonunun bir sıra küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Lent.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar iyunun 19-da saat 09:00-dan işlər yekunlaşanadək rayonun N.Nərimanov, Ü.Hacıbəyov, G.Kərimova, M.Əzizbəyov, Tağıyev və 28 May küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin Salyan Regional Qaz İstismarı İdarəsinin yaydığı məlumata əsasən, payız-qış mövsümünə hazırlıq işlərinin aparılması ilə əlaqədar iyunun 19-da saat 11:00-dan işlər başa çatanadək Neftçalanın Beşdəli, Cəngən, Ərəbqardaşbəyli, Pirəbbə, 2-ci Qaralı və Yuxarı Qaraimanlı kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1146

Oxşar yazılar