"Zorakılıq faktlarının internetdə məhdudlaşdırılması üçün işlər aparılır" - Komitə RƏSMİSİ
01 may 2026 14:05 (UTC +04:00)

"Zorakılıq faktlarının internetdə məhdudlaşdırılması üçün işlər aparılır" - Komitə RƏSMİSİ

0

“Pornoqrafik materialların, zorakılıq faktlarının internetdə məhdudlaşdırılması üçün işlər aparılır”. 

Lent.az xəbər verir ki, bu sözləri “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü forumda çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri uzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov deyib.

O bildirib ki, uşaq hüquqlarının müdafiəsi ilə 11 qurum məşğul olur:

"Dəfələrlə qadınlara qarşı teleqram və digər sosial şəbəkələrdə risklər olub. Komitə olaraq bunun öhdəsindən gəlməyə çalışmışıq. Pornoqrafik materialların, zorakılıq faktlarının internetdə məhdudlaşdırılması üçün işlər aparılır. Blogerlər də media strukturunun əməkdaşları da bu sahədə öz töhfələrini verməlidirlər. 

Cinayət faktlarında cinsiyyət yazılmamalıdır. “Qadın oğru”, yazırlar. Nəyə görə? Niyə cinayət cinsə bölünür? Təəssüflər olsun ki, neqativ hallar reklam halında bölüşdürülüb paylaşılır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar