2025-ci ilin  ən yaxşı   Android smartfonları - SİYAHI
07 may 2025 17:56 (UTC +04:00)

2025-ci ilin ən yaxşı Android smartfonları - SİYAHI

Mobil cihazlar üçün məşhur etalon olan AnTuTu 2025-ci ilin may ayı üçün sonuncu reytinqini açıqlayıb.Bu dəfə siyahıda istifadəçilərin ən çox razı qaldığı Android smartfonları yer alıb.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, birinci yerdə ilin əvvəlində buraxılmış Huawei Nova 12 Ultra gəlir. İstifadəçilərin 99,46 faizi bundan razıdır. Ən son çipsetə malik olmamasına baxmayaraq, bu cihaz nəhəng OLED displeyi, super sürətli enerji doldurması və yüksək səviyyəli kameralar dəsti ilə istifadəçilər tərəfindən sevilir.

İkinci mövqedə başqa bir flaqman – “Honor Magic7 RSR Porsche Design”dir. Bu model “Porsche”dən ilhamlanmış dizayn, Snapdragon 8 Elite və güclü kameralar təklif edir. Sahiblərin 99,33 faizi cihazdan razıdır. 

İlk 10-luqdakı qalan mövqe belədir:

• Huawei Mate 70 Pro+ - 98,77 faiz;

• Huawei Mate 70 RS Ultimate - 97,14 faiz;

• Xiaomi 15 Ultra - 96,36 faiz;

• OPPO Find X8 Ultra - 96,19 faiz;

• Huawei Pura 70 Pro+ - 96,15 faiz;

• Samsung Galaxy S24+ - 94,23 faiz;

• Meizu 21 Pro -93,73 faiz;

• vivo X Fold 3 Pro – 93,65 faiz.

Aprel ayı ilə müqayisədə ilk üçlük demək olar ki, dəyişməyib: əvvəllər Huawei Mate 70 Pro+ birinci yerdə idisə, indi onu Huawei Nova 12 Ultra ilə əvəzləyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1050

Oxşar yazılar