2025-ci ilin  ən yaxşı   Samsung smartfonları - 7 möhtəşəm model
24 oktyabr 2025 12:45 (UTC +04:00)

2025-ci ilin ən yaxşı Samsung smartfonları - 7 möhtəşəm model

0

2025-ci ilin üçüncü rübündə Samsung Galaxy smartfonları satışda lider olub və Apple ilə Xiaomini geridə qoyub. Bu gün almağa dəyər olan ən uğurlu Samsung modelləri müəyyənləşib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, siyahıda həm flaqman, həm orta seqment, həm də qatlana bilən telefonlar yer alır.

Ən yaxşı seçilmiş 7 model belədir

Galaxy S25 Ultra - ən yaxşı Samsung

Titan korpusu, çox güclü kameralar, uzun ömürlü batareya və yüksək performans, kompromisssiz flaqman. Tək mənfi cəhəti 1299 dollar qiymətidir.

Galaxy S25 - əksər istifadəçilər üçün ən uyğun seçim

“Ultra”dan 500 dollar ucuzdur, lakin eyni gücdə çip və Galaxy AI funksiyalarını təklif edir. 2032-ci ilə qədər yeniləmələrlə dəstəklənəcək.

Galaxy Z Flip 7 - ən yaxşı qatlana bilən flaqman

6,7 düymlük daxili və 3,4 düymlük əlavə ekranı olan stilsiz “qapaqlı” model. Tom’s Guide bu cihazı Samsung-un ən uğurlu Flip modeli adlandırır.

Galaxy Z Fold 7 - ən inkişaf etmiş qatlanan telefon

Daha incə, daha güclü və daha davamlı yeni menteşe konstruksiyası ilə. Kamera bloku S25 Ultra ilə eynidir.

Galaxy S25 Edge - ən nazik və zərif model

Dizayn prioritet olanlar üçün ideal seçim. Teleobyektiv və daha iri batareyadan imtina hesabına daha estetik görünüş əldə edilib. Galaxy AI və Qualcomm çip dəstəkdədir.

Galaxy A56 - ən yaxşı orta seqment Samsung

Flaqman S25-in təcrübəsinin 90 faizini təqribən 60 faiz qiymətə təqdim edir. Büdcəli, amma güclü seçim hesab olunur.

Galaxy S25 FE - Galaxy AI dünyasına ən ucuz giriş

Flaqman dizaynı və aparat komponentləri ilə təchiz olunub, lakin qiyməti 300 dollar daha ucuzdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar