3 aydan sonra milyonlarla telefon işləməyəcək
01 oktyabr 2025 10:15 (UTC +04:00)

3 aydan sonra milyonlarla telefon işləməyəcək

0

2024-cü ildən tətbiq edilən yeni qaydaya əsasən, Türkiyədə bir il ərzində heç bir siqnal almayan mobil telefonların IMEI nömrələri deaktiv edilir. Rəsmi açıqlamaya görə, 2025-ci il ərzində işlədilməyən telefonlar 31 dekabr tarixindən etibarən tamamilə istifadə olunmaz vəziyyətə düşəcək.

Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir.

İstifadə olunmayan telefonlar risk altındadır

Texnologiyanın sürətli inkişafı ilə smartfonların ömrü qısalır. İstifadəçilər yeni modellərə keçdikcə köhnə telefonlar tez-tez çəkməcələrdə, rəflərdə və ya evin kənar yerlərində unudulur. Lakin bir il ərzində siqnal göndərməyən cihazlar qeydiyyatlı IMEI nömrələrini itirərək istifadəyə yararsız hala gəlir.

İstifadəçilərə xəbərdarlıq: Açıb-bağlamaq kifayətdir

Mütəxəssislər xəbərdarlıq edirlər ki, istifadəçilər telefonlarını ən azı bir dəfə açıb-bağlamalıdırlar. Bu zaman cihaz operatordan siqnal göndərir və IMEI qeydiyyatı qorunur.

IMEI-si deaktiv edilən telefonların yenidən işləməsi üçün e-Devlet üzərindən müraciət edilməlidir. Müraciət zamanı cihazın həqiqətən son istifadəçiyə aid olduğu təsdiqlənir. Təsdiqlədikdən sonra IMEI yenidən aktivləşdirilir və telefon istifadəyə qaytarılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 660

Oxşar yazılar