“Apple” şirkəti iOS 26-nı elan etdikdən cəmi iki gün sonra “Google” də rəsmi olaraq rəqib əməliyyat sistemi Android 16-nı təqdim etdi.
Lent.az xəbər verir ki, yeniləmə eşitmə cihazı istifadəçiləri üçün təkmilləşdirmələr, real vaxt bildirişləri və planşetlərdə məhsuldarlığı artıracaq iş masası rejimi ilə gəlir.
Bununla belə, şirkətin gözlənilən əsas dizayn dəyişikliyi olan "Material 3 Expressive" bu yeniləmədə deyil, 3 sentyabr 2025-ci il üçün planlaşdırılan başqa versiyada təqdim olunacaq.
Android 16-nın beta versiyası “Google Pixel” cihazlarına gəlib. Həmin cihazlar aşağıdakılardır:
Pixel 8/8 Pro
Pixel 7/7 Pro / 7a
Pixel 6 / 6 Pro / 6a
Pixel Fold
Pixel Planşet
Samsung və “Xiaomi” kimi digər markalar üçün istifadəçilər stabil versiya çıxanda telefonlarının Parametrlər > Proqram təminatının yenilənməsi bölməsindən yeniləməni yoxlaya biləcəklər.