Avropa və Çin elektrikli avtomobillərin   qiymətləndirilməsi ilə bağlı razılığa gəldi
29 yanvar 2026 21:40 (UTC +04:00)

Avropa və Çin elektrikli avtomobillərin qiymətləndirilməsi ilə bağlı razılığa gəldi

0

Avropa Birliyi və Çin elektrikli avtomobillərin qiymətləndirilməsi ilə bağlı çərçivə razılaşmasına nail olub.

Lent.az xəbər verir ki, Avropa Birliyi Çin ixracatçıları üçün "Qiymət Öhdəliyi Təklifləri üzrə Rəhbər Sənədi" dərc edəcək.

Belə ki, 2023-cü ilin oktyabr ayında AB Komissiyası Çindən idxal edilən elektrikli avtomobillərə subsidiya araşdırması başlatmış və araşdırmadan sonra həmin ölkədə istehsal olunan elektrikli avtomobillərin AB üzvü ölkələrə idxalına müvəqqəti əlavə rüsumlar tətbiq etmək qərarına gəlmişdi.

Əvvəllər AB Çindən idxal edilən elektrikli avtomobillərinə yalnız standart 10% rüsum tətbiq edilirdi. Lakin qərardan sonra müxtəlif istehsalçılara 7,8%-dən 35,3%-ə qədər əlavə gömrük rüsumları tətbiq edilməyə başlanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar