Yay aylarında avtomobildə işlək kondisioner sadəcə rahatlıq yox, təhlükəsizlik məsələsidir. Ancaq bu sistem qəfil sıradan çıxa bilər.
Bu barədə Lent.az məlumat verir:
Kondisioner soyutmursa nə baş verir?
Ən çox rast gəlinən əlamət ventilyasiya deşiklərindən ilıq və ya azca sərin hava gəlməsidir. Çox sürücü düşünür ki, sadəcə freon qurtarıb. Ancaq bu, əslində freon sızmasının nəticəsidir. Kondisioner sistemi hermetikdir, ona görə də freon səbəbsiz yoxa çıxa bilməz.
Ən çox radiator və ya boruların birləşmə yerləri zədələnir. Sadəcə freon əlavə etməklə problem aradan qalxmır qaz yenidən buxarlanır.
Digər əlamətlər:
Kapot altından qəribə səslər
Klimat-kontrol işə düşəndə gurultu, cırıltı və ya fitə bənzər səs gəlirsə, bu kompressorun köhnəlməsinə işarədir. Kompressor sistemin əsas hissəsidir. Bu hissənin sıradan çıxması böyük təmir xərclərinə və hətta bloklanmaya gətirib çıxara bilər.
Pis qoxu
Ventilyasiyadan gələn köhnə, rütubətli qoxu kondisionerin buxarlandırıcısında bakteriya və göbələk yığılması deməkdir. Bunu aradan qaldırmaq üçün kompleks təmizlik lazımdır:
filtrin dəyişdirilməsi
ozon təmizlənməsi
peşəkar kimyəvi təmizləmə
Elektrik nasazlıqları və radiatorun çirklənməsi
Elektrik problemləri və ya radiatorun tozla tutulması sistemin həddindən artıq qızmasına və avtomatik sönməsinə səbəb ola bilər.
Nə etməli?
Ustalar kondisionerdə nasazlıq hiss edən kimi təxirə salmadan diaqnostikaya getməyi tövsiyə edirlər.
Çünki vaxtında aşkarlanan nasazlıq:
bahalı təmirin qarşısını alır
kondisionerin daha uzunömürlü olmasını təmin edir
ən əsası sürücü və sərnişinlərin təhlükəsizliyini qoruyur.